ADTM Tərcümə Agentliyinin xidmətləri
14 Fevral 2022 agentlik_manshet_5ebd0697a3eda_620a1889c8848

ADTM Tərcümə Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli 323 nömrəli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilmişdir.

Agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi,  redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.

Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.

 

ADTM Tərcümə Agentliyinin xidmətləri

 

⇾  Sifarişlərə uyğun olaraq, müxtəlif dillər üzrə keyfiyyətli tərcümənin təşkili;

⇾  Yazılı, şifahi, ardıcıl, sinxron tərcümənin həyata keçirilməsi;

⇾  Linqvistik monitorinq - mətnlərin linqvistik təhlili zamanı morfoloji, fonetik, leksik araşdırılması;

⇾  Linqvistik ekspertiza – mətndə linqvistik baxımdan yaranmış problemlərin aydınlaşdırılması və aradan qaldırılması;

⇾  Nəşr və poliqrafiya xidmətləri – müxtəlif mövzularda olan mətnlərin Azərbaycan və xarici dillərdə yığılması,  kitab, broşür, buklet, qəzet və jurnal formatlarına uyğun nəşrə hazırlanması və çapı;

⇾  Dizayn xidmətləti - peşəkar dizaynerlərlə müxtəlif məzmunda kitab, bülleten, broşür və digər çap məhsullarının yüksək səviyyədə dizayn və bədii tərtibat işləri;

⇾  Veb-saytların tərcümə və redaktəsi ;

⇾  Vikipediya səhifəsinin yaradılması və müxtəlif dillərə tərcüməsi;

⇾  Tərcüməçilər bazasının davamlı olaraq artırılması;

⇾  Peşəkar tərcüməçi seçimi üçün müvafiq imtahanların təşkili;

⇾  Bələdçilik;

⇾  Transkripsiya – audio materialların məzmnunun yazılması;

⇾  Səsləndirmə - audio/audiovizual mətnlərin düzgün tələffüzlə səsləndirilməsi (əsasən sənədli film, elektron tədris kursları və xarici dildə olan müsahibələr zamanı tələb olunan xidmət növü);

⇾  Media resurslarının monitorinqi - ümumi və xüsusi formada dərc olunan xəbərlərin (gündəlik, həftəlik, aylıq) toplu şəkildə təqdim olunması.

 

 

Media resurslarının monitorinqi

İnternet-media resurslarının monitorinqi Azərbaycan, türk, rus, ingilis dilləri üzrə aşağıdakı mərhələlərdə aparılır:

-    Mediada məlumat mənbələrini müəyyənləşdirib onların üzərində müşahidə aparılması;

-    nəşr olunan materialların müəyyən mövzu (maliyyə bazarları, informasiya texnologiyaları və s.) üzrə izlənilməsi;

-    informasiyanın toplanması, sistemli şəkildə qeydə alınması;

-    kateqoriyalaşdırma və filtrləmə yolu ilə ən uyğun məlumatların seçilməsiz.

 

 

Monitorinq və qiymətləndirmənin üstünlükləri: 

-    problem və onların səbəblərini müəyyən etməyə kömək edir;

-    problemlərin mümkün həlli yollarını təklif edir;

-    qurumun fəaliyyət istiqamətini müəyyənləşdirməyə imkan yaradır;

-    informasiya ilə təmin edir;

-    qurumun fəaliyyətinin müsbət istiqamətdə inkişafını şərtləndirir.

 

Fərqimiz

-    qeyri-iş saatlarında da müraciət imkanı yaratmaq;

-    daimi müştərilər üçün tarif paketlərindən istifadə və endirimli qiymətlərdən yararlanmaq imkanı;

-   materialların tərcüməsini həyata keçirənlərin tərkibində peşəkar mütərcimlərlə yanaşı müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçilərin olması;

-    sənədlərin tərcüməsi tamamlandıqdan sonra sifarişçinin istəyinə uyğun digər müvafiq əlavə xidmətlərin göstərilməsi və s. .

 

 

SİFARİŞ ET

 

Əlaqə:

Ünvan:    Bakı ş, Nəsimi r-nu, Topçubaşov küç, 74

Tel:          (+994) 12 595 10 69

                (+994) 51 201 29 33

Faks:       (+994) 12 595 10 59

E-mail:     info@aztc.gov.az