Mənə işıq kimi bax-dağıdım dumanını! Mənə inam kimi bax-sinə gərim çətinə, Mənə sevgi kimi bax-dönüm məhəbbətinə! Mənə səhər kimi bax-çevrilim sabahına, Mənə sevinc kimi bax-nöqtə qoyum ahına! Mənə bahar kimi bax-yaşıllanım,allanım, Mənə payız kimi bax-şirələnim,ballanım! Mənə həyat kimi bax-hər gün qaynayım,daşım, Bax,mənə necə baxır atam,anam,qardaşım. Nə qədər ki,baxırsan mənə barmaqarası Qəti sağalan deyil üreyimin yarası! Demək qəlbimdə kədər,demək sinəmdə dağsan Bu gedişlə,ey insan, Nə mən yüksələcəyəm,nə sən ucalacaqsan!