Yusif Səmədoğlunun əsərləri “Açıq kitab” da
9 Сентября 2020 yusif_semedoglu

Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı, “Astana”, “Bayatı-Şiraz”, “İncə dərəsində yaz çağı”, “Soyuq daş” və digər hekayələri  “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil ola, əsərlərdən yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.