Yasunari Kavabatanın əsərləri “Açıq kitab” da
6 Мая 2021 yasunari-kawabata_4_

 

XX əsr Yaponiya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı, yazıçı Yasunari Kavabatanın “Dağın səsi”, “Köhnə paytaxt” romanları, “Qarlı diyar” povesti, “İdzulu rəqqasə”, “İtaliya haqqında mahnı”, “Təbiət” novellaları “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Dünya ədəbiyyatı” bölümünün “Şərq ölkələri ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.