“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
17 Мая 2024 xezer_2024_2

 

“Xəzər”in oxucuları jurnalın bu sayında

 

 

“NOBEL KÜRSÜSÜ” rubrikasında – Oktavio Pasın Nobel nitqi və “Dalğalı həyatım” hekayəsi;        

“KLASSİK ƏDƏBİYYAT” rubrikasında – Nikolay Qoqolun “Portret” hekayəsi;

“BƏŞƏRİ POEZİYA” rubrikasında – Robert Börnsin şeirləri;       

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi;         

“ANTİUTOPİYA” rubrikasında – Herbert Uellsin “Təcrübəsiz ruh” hekayəsi;          

“TÜRK XALQLARI ƏDƏBİYYATI” rubrikasında – Əhməd Həmdi Tanpınarın “Yol” hekayəsi;      

“HEKAYƏ” rubrikasında – Pol Boulzun hekayələri;       

“MÜASİR ƏDƏBİYYAT” rubrikasında – Fazil İsgəndərin hekayələri;       

“ÇAĞDAŞ RUS ŞEİRİ” rubrikasında – Yevgeni Rezniçenkonun şeirləri;        

“KLASSİK İRS rubrikasında – Edqar Allan Ponun hekayələri;     

“UŞAQ ƏDƏBİYYATI” rubrikasında – Anastasiya Strokinanın nağılları;     

“MÜASİR GÜRCÜ POEZİYASI” rubrikasında – Makvala Qonaşvilinin şeirləri;       

“SİRLİ QİTƏ: AFRİKA ƏDƏBİYYATI” rubrikasında – Semben Usmanin “Qaradərili qız” hekayəsi;    

“DRAMATURGİYA” rubrikasında – Aleksandr Vampilovun “Pəncərələri çölə baxan ev” pyesi;   

“ESSE” rubrikasında – Çeslav Miloşun esseləri;   

“ROMAN” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlərlə tanış ola biləcəklər.    

 

“Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

 

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.