“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
28 Декабря 2018 xezer_4_2018

 

Jurnalın bu sayında:

* “Nobel kürsüsü” rubrikasında – Alber Kamyunun Nobel nitqi və “Xoşbəxt ölüm” romanı;

* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Dilsuzun “Yol” hekayəsi;

* “Rus ədəbiyyatı klassikləri” rubrikasında – Milxail Lermontovun şeirləri;

* “İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş ikinci hissə;

* “Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;

* “Çağdaş Polşa poeziyası” rubrikasında – Piotr Mitznerin şeirləri;

* “Hekayə” rubrikasında – Qao Sinszyanın “Payız çiçəkləri” və Akutaqava Rünoksenin “Dişli çarxlar” hekayələri;

* “Portret” rubrikasında – Andrey Tarkovski haqqında xatirələr;

“Yaddaş” rubrikasında – Svetlana Pletnyovanın “Xəzərlər” araşdırması;

* “Latış nəsri” rubrikasında – Vizma Bolşevitsanın hekayələri;

* “Memuar” rubrikasında – Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”;

“Teatr” rubrikasında – Henri Fildinqin “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” adlı üçpərdəli farsı yer alıb.