Vaqif Aslanın şeirləri Avstriya portalında
18 Октября 2023 Manshet-min (27)

alı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.

 

 

Vaqif Aslan 

 

·        Tanınmış Azərbaycan şairi və tərcüməçisi;

·        1950-ci ildə Şəkinin Kiş kəndində doğulub;

·        1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsində təhsil alıb:

·        ilk şeiri 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunub;

·        “Ruhlarla söhbət”“Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir:

·        Məşhur fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şardən və Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifidir.

·        Dövlət Tərcümə (Mərkəzi) Mükafatının laureatıdır.