Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub
1 Августа 2022 manshet_aztc_62e794e6bef51

Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə  Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı haqqında geniş məqalə dərc olunub.

“Şuşa və Qarabağın üç şaireyi-möhtərəməsi” adlı məqalənin müəllifi Türkiyənin tanınmış alimi, professor Murat Ertaşdır.

Qeyd edək ki, XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş xanım şairlərdən bəhs edən nəfis tərtibatlı kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

 

Türkiyə dərgisində Şuşa şairləri haqqında