Sertifikatlar sahiblərinə təqdim olundu
18 Октября 2023 Manshet-min (32)

Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

Sertifikatların təqdimat mərasimində Mərkəzin Beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Püstə Axundova Seçim Turlarının başlıca məqsədi barədə danışaraq, imtahan mərhələlərindən uğurla keçmiş və Mərkəzin sertifikatlarına sahib olmuş mütəxəssisləri təbrik edib, onlara dair məlumatların Mərkəzin rəsmi məlumat bazasına (reyestr) yerləşdiriləcəyini bildirib.

 

 

Turlarda Dövlət Tərcümə Mərkəzinin sertifikatlarını qazanmış mütəxəssislər

 

 

1. Əminə Qurban qızı Fərzəliyeva – iqtisadiyyat sahəsi (kommersiya yönümlü) (ingilis–Azərbaycan–ingilis; rus–Azərbaycan);

 

2. Əsgər Aydın oğlu  Zeynalabdınov  – tarix, beynəlxalq münasibətlər, siyasət (ingilis–Azərbaycan–ingilis);   

     

3. Şəbnəm Zahid qızı Hüseynova –  elmi-texniki, neft-qaz, aviasiya və s. sahələr  (rus–Azərbaycan);

 

4. Kamran Nuru oğlu Mehbalıyev – tarix, hüquq sahəsi (türk–Azərbaycan–türk)

 

5. Emin Ramiz oğlu  Şirinov –  ictimai siyasi (ingilis–Azərbaycan; Azərbaycan–rus–Azərbaycan)