Səməd Vurğunun əsərləri “Açıq kitab”da
1 Ноября 2024 Manshet

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun “Muğan”, “Aygün”, “Aslan qayası”, “Zəncinin arzuları” poemaları, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” dramları, “Şuşa”, “Ellər gözəli”, “Dilcan dərəsi”, “Unut”, “Sahildə”, “Şərqin qapısı”, “Vətən həsrəti” və digər şeirləri  “Açıq kitab”  ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.