“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
9 Марта 2023 xocali_640999c0f1a1d

Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”“igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News saytları Dövlət Tərcümə Mərkəzinin Xocalı faciəsi haqqında sənədli arxiv materialları əsasında müxtəlif dillərdə ərsəyə gətirdiyi “Qanlı tarix – Xocalı soyqırımı” sənədli videoçarxın yayınına başlayıb.

Tarixi faktlara və statistik məlumatlara istinadən hazırlanmış, foto və video materiallarla zəngin videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş bəşəri faciəni – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın qədim şəhəri Xocalıda törətdiyi insanlığa sığmayan vəhşilikləri bütün reallıqları ilə sənədli şəkildə əks etdirir.

https://reflexionesinternacionalessv.blogspot.com
https://www.eureporter.co/world/azerbaijan-world/2023/02/25/
https://www.detayhaberler.com/kanli-tarih-hocali-soykirimi/165155/
https://www.igdirim76.com/hocali-soykirimi-kanli-tarihin-adi/
https://alharir.info/%d8%a7%d9%84%d8%aa%d8%a7%d8%
https://afkarhura.com/?p=28698
https://azenglishnews.com/%D9%81%D8%A7%D8%AC%D8%B9%D9%8