Mirzə Əli Möcüzün əsərləri “Açıq kitab” da
2 Декабря 2021 mirz_li_mocuz_

XIX-XX əsr Azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi, şair Mirzə Əli Möcüzün “Qələm, Millət”, “Arzu”, “Ustad”, “Bəzək” və digər şeirləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.