Mikayıl Müşfiqin şeirləri İspaniya və Almaniya ədəbiyyat portallarında
18 Октября 2023 Manshet_1-min (2)

İspaniyanın populyar “Alquibla”, Almaniyanın “Spruechetante” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayınına başlayıb. Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras  Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri – alman filoloqu Kerstin Kraps  Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Xuan Gil AlbertCeyn OstinVirciniya VulfJan Pol SartrEmil ZolyaHaruki Murakami, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fonten, Carlz Dikkens, Tomas Braun kimi dünya yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır. 

 

 

Mikayıl Müşfiq

(1908-1938)

 

·        Görkəmli Azərbaycan şairi və tərcüməçisi;

·        ədəbi yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlayıb;

·        1930-cu ildə “Küləklər” adlı ilk şeirlər kitabı işıq üzü görüb;

·        “Günün səsləri”“Vuruşmalar”“Buruqlar arasında” kimi kitabların müəllifidir;

·        Aleksandr Puşkinin “Qaraçılar”, Taras Şevçenkonun “Kobzar”, Samuil Marşakın “Huşsuza bax, huşsuza” və digər əsərlərin tərcümə müəllifidir;

·        Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib;

·        1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb;

·   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Mikayıl Müşfiqin yaradıcılığı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.