Joze Saramaqonun əsərləri “Açıq kitab”da
12 Января 2024 Manshet

       XX əsr Portuqaliya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, dramaturq, tərcüməçi, Nobel mükafatı laureatı Joze Saramaqonun “İsanın İncili”, “Təxirə salınmış ölüm” romanları, “Tanrının adıyla” pyesi və Nobel nitqi “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

 

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.