İsi Məlikzadənin əsərləri “Açıq kitab”da
25 Июля 2020 isi_melikzade_manshet-min

Görkəmli Azərbaycan yazıçısı İsi Məlikzadənin “Evin kişisi”, “Küçələrə su səpmişəm”, “Quyu”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi” povestləri, “Oğul”, “Duz”, “Talisman”, “Qatarda”, “Şehli çəmənlərin işığı” hekayələri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri “Azərbaycan ədəbiyyatı” bölümünün “ Müasir ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.