Əziz Nesinin əsərləri “Açıq kitab” da
25 Августа 2021 aziz_nesin_1_1

XX əsər Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, jurnalist Əziz Nesinin “Vətən borcu”, “Öz yerini tapanlar”, “Quldurlur”, “Uçuruma yuvarlanırıq”, “Mən necə intihar etdim” və digər hekayələri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.