Dünya yazıçılarının nağıllar antologiyası “Açıq kitab”da
21 Июля 2023 Manshet copy

Dünya ədəbiyyatının görkəmli nümayəndələri – Şarl Perro, Vilhelm Hauf, Xristian Hans Andersen, Edqar Po, Çarlz Dikkens, Mark Tven, Oskar Uayld, Redyard Kiplinq, Herman Hesse, Astrid Lindqren, Canni Rodari və digər müəlliflərin müxtəlif dövrlərdə qələmə aldıqları nağıllar “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Uşaq ədəbiyyatı” bölümünə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.