“Alman ədəbiyyatı antologiyası" “Açıq kitab” da
9 Сентября 2021 alman_dbiyyat_antologiyasi_1_

“Alman ədəbiyyatı antologiyası” “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Antologiyanın şeirlər, hekayələr, povest, pyes, esse, nağıllar bölümlərində Almaniyanın Yohann Volfqanq Gete, Haynrix Hayne, Fridrix Şiller, Teodor Ştorm, Volfqanq Borxert kimi görkəmli şair və yazıçılarının əsərləri təqdim olunub.

Kitabxana izləyiciləri saytın “Antologiyalar" rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.