Afaq Məsud yaradıcılığı ABŞ portallarında
17 Января 2024 Manshet-min (57)

ABŞ-nin geniş izləyici auditoriyalı “Inkitt.com” və “Medium.com” portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ingilis dilinə tərcümə olunmuş “Sərçələr” və “Alman kilsəsi” hekayələrinin yayınına başlayıb.

Hekayələrin ingilis dilinə tərcümə müəllifi – tanınmış Britaniya tərcüməçisi Anne Tompsondur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Inkitt.com” portalı mütəmadi olaraq səhifələrində Lev Tolstoy, Fyodor Dostoyevski, Mark Tven, Oskar Uayld, Ceyms Coys, Frans Kafka, Virciniya Vulf, Skott Fitscerald kimi dünyaşöhrətli yazıçıların yaradıcılığına yer ayırır.