"Açıq Kitab" elektron kitabxana daha bir kitabın onlayn versiyasını oxuculara təqdim edir
1 Марта 2017 atamin_dostlari

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə yeni kitabların elektron versiyasını oxuculara təqdim edir.

Bu dəfə virtual kitabxana oxuculara Azərbaycan əsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabını təqdim edir.

XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu avtobioqrafik əsər tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın Azərbaycan dilinə tərcüməçisi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla bu əsəri oxuya bilərlər.