"Açıq Kitab" elektron kitabxana daha bir kitabın onlayn versiyasını oxuculara təqdim edir
5 Января 2017 moem_cover_jpg_2

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yeni kitablarının elektron versiyasını oxuculara təqdim edir.

Bu dəfə virtual kitabxanamız  dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabını oxucuların ixtiyarına buraxır.

Kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.

Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.

Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabın mütaliəsinə başlaya bilərlər.