"Açıq Kitab" elektron kitabxana daha bir kitabın onlayn versiyasını oxuculara təqdim edir
15 Ноября 2016 taqanski

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yeni kitablarının elektron versiyasını oxuculara təqdim edir.

Bu dəfə virtual kitabxanamız tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabını oxucuların ixtiyarına buraxır.

Kitab Moskvanın məşhur Taqanka teatrınnın tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havasıyla yaşayan teatr truppasının sovet ideologiyasının basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.

Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.

Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabı mütaliə elə bilərlər.