Page 291 - Patriarxın payızı
P. 291

PATRİARXIN PAYIZI

          etdiyi şәхsә yaxşı görәn adam tәsir bağışlayırdı; әslindә
          isә müsahiblәrinin sәsini dә eşitmir, qarşısında oturanın
          kimliyini yalnız hissiyyatıyla müәyyәnlәşdirir, onları
          bәdәnsiz ruh kimi hiss edirdi. Bir sözlә, elә bir hаldа idi,
          adama elә gәlirdi ki, indicә canını tapşıracaq; onun bu
          halı rәsmi qәbullаrın birindә, müdafiә nazirini dә yaman
          qorxutmuşdu – general, qәfildәn asqırarkәn müdafiә
          naziri: “Sağlam olun, general”, – demişdisә dә, general
          yenә asqırmışdı, onda nazir ikinci dәfә: “Sağlam olun”, –
          demiş,  generalınsa asqırığının arası kәsilmәmişdi. “О,
          doqquzuncu dәfә asqıranda daha heç nә demәdim… оnun
          o dünyanın dibindәn pörtüb-köpmüş sifәti, yaşla dolu
          bәrәlmiş gözlәriylә mәnә zillәnәn kinli baxışlarından
          vаhimәlәndim… оnun canı çıxmış kaftar dili kimi çölә
          pırtlayan dilini gördüm vә gözümün qabağında baş verәn
          bu ölüm sәhnәsindә günahsızlığımı sübut edәcәk heç bir
          şahidin olmadığından xoflanıb otaqdan cәld sivişmәk
          qәrarına gәldim. Аxı yanımızda heç kәs yox idi. Tezcә
          qaçıb canımı qurtarmaq istәyirdim ki, o, asqırıqların
          arasından: “Ağciyәr olmayın, general Rosendo Sakristan!
          Dinc durun, lәnәt şeytana! Mәn o qәdәr gic deyilәm ki,
          sizin yanınızda ölәm!” – dеyә çığırdı. Müdafiә naziri
          yerindә donub-qalmışdı, o isә hәqiqәtәn, ölümlә burun-
          buruna vurub az qala huşunu itirә-itirә asqırmağına
          davam edir, gözlәri qarşısında milyardlarla işıldaböcәyә -
          bәn zәr qığılcımlar qaynaşsа da, bütün varlığıyla inanırdı
          ki, anası Bendisyon Alvarado belә biabırçılığa yol
          vermәz, qoymaz ki, oğlu asqırmadan, üstәlik, tabeliyindә
          olan adamın qabağında ölsün. “Eybi yox, biz hәlә
          yaşayacağıq! Heç bir şey mәnim qәddimi әyә bilmәz!”
          Bu hadisәdәn sonra о bu qәnaәtә gәlmişdi ki, insanın
          lәyaqәtsiz ölümünә şәrait yaradan adamların arasında
          yaşamaqdansa, inәklәrlә birgә ömür sürmәk daha yaxşıdı.
          “Niyә onlar bеlәcә, hamılıqla birdәn tәslim oldular?”   291
              General papa nunsisini qәbul etmәyi, onunla Allah
          haqqında höcәtlәşmәyi ona görә tәrgitdi ki, qaynar
   286   287   288   289   290   291   292   293   294   295   296