Page 287 - Patriarxın payızı
P. 287

PATRİARXIN PAYIZI

          guya Seneqalda pellaqra xәstәliyindәn vәfat edib vә
          dünyanın üç müxtәlif şәhәrindә, eyni vaxtda üç qәbirdә
          dәfn olunub; әslindә isә deyirdilәr, heç basdırılmayıb da,
          çünki torpaq onu heç bir qәbrә buraxmayıb vә demәk,
          Qiyamәt gününә qәdәr о, bir qәbirdәn o birinә sәyahәt
          etmәlidi; Allah ona min cür әyri işlәrinә görә belә cәza
          vermişdi. “Çünki bu adam fırıldaqçıdı, mәnim generalım,
          pulun özündәn dә murdardır.” Lakin general bu deyilәn -
          lәrә heç vaxt inanmır, pәrәstiş etdiyi bu şәхsin elә hey
          gәlişini gözlәyirdi; qocalığının lap axır günlәrindә belә –
          sәhiyyә nazirinin onun bәdәnindәn gәnәlәri maqqaşla
          qopardığı vaxtlarda da – о bu hәsrәtlә yaşayır vә naziri
          inandırmağa çalışırdı ki, bәdәninә yapışan hәşәrat gәnә
          deyil, dәnizin geriyә qayıtması әlamәtidir; özü dә o qәdәr
          mәntiqlә, inamla danışırdı ki, nazir fikirlәşirdi ki: “Bu
          аdаm heç dә özünü camaata göstәrdiyi kimi, sadәlövh
          deyil”.
             Amma qоcаlmаğınа qocalmışdı, bütün hәrtәrәfli
          tәdqiqatlar göstәrirdi ki, damarları tamam ölgünlәşib,
          böyrәklәrindә o qәdәr qum var, elә bil çimәrliyin bütün
          qumunu udub, ürәyi isә sevgisizlikdәn çatlayıb, odur ki
          qocaman hәkimi dost münasibәtlәrindәn istifadә edib
          onun üzünә elә belә dә demişdi: “Daha vәdәniz çatıb,
          general! Hakimiyyәti kimә verәcәyinizi düşünmәk
          vaxtıdır. Bizi taleyin ümidinә başlı-başına buraxmaq
          olmaz axı!..” O isә tәәccüblә: “Axı niyә sizә elә gәlir ki,
          mәn ölüm ayağındayam, әzizim doktor? Bu nә cәfәn -
          giyyatdı? Qoy başqaları ölsün, mәn hәlә tәlәsmirәm”, –
          dеyә cavab vermişdi, sonra dа zarafatla: “Srağagün ax -
          şam özümü televizorda gördüm. Görkәmim әvvәl kindәn
          dә yaxşıdı. Lap korrida öküzü kimiyәm!” – deyib
          qәhqәhә çәkmişdi vә bir axşam yadına başında yaş
          dәsmal, burnunu çәkә-çәkә sәssiz televizorun qabağında
          oturub öz qәtiyyәtli әdalarına – Fransadan, Türkiyәdәn,  287
          İsveç dәn gәlәn gözәl xanımlarla cavansayağı davran -
          mağına baxa-baxa özü özünә tәәccüblәnmәyi düş -
   282   283   284   285   286   287   288   289   290   291   292