Page 185 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 185
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Beynәlxalq qaz sәnayesinin inkişaf istiqamәtlәri
dәyişdikcә, yeni problemlәr üzә çıxır. Şist qaz inqilabı,
Avrozonada borc böhranı ilә әlaqәdar yaranan izafi qaz
ehtiyatı vә Rusiyanın “Cәnub axını” boru kәmәrini inşa
etmәk qәrarı “Şahdәniz” konsorsiumunun üzlәşdiyi yeni
silsilә çәtinliklәrdәndir. Bundan әlavә, yekun investisiya
qәrarının qәbul edilmәsindә lәngimәlәr konsorsium daxilindә
dә fikir ayrılıqları yaradır.

Əsas risklәr hansılardır?
Şist qazı yeni rәqabәtә gәtirib çıxarır
“Şahdәniz” qazı vә “Cәnub Dәhlizi”nin açılışı ilә bağlı
әn ciddi problem “şist qaz inqilabı”dır. Şist qazı, heç 5 il
keçmәz ki, Birlәşmiş Ştatları әsas idxalçıdan әsas ixracatçıya
çevirәr. Hәmçinin şist qaz istehsalı tәlәbatdan da artıq qaz
tәdarükünә vә müvafiq olaraq tәbii qaz qiymәtlәrindәki
enmәyә gәtirib çıxarmışdır. Bundan әlavә, ABŞ, xüsusilә
dә, Avropa bazarlarına ixracatı artırmaq mәqsәdilә yeni
mayelәşdirilmiş tәbii qaz terminallarına sәrmayә yatırmaqda
davam edir.
AB vә Türkiyә Azәrbaycana mәxsus “Şahdәniz” qazı
üçün әsas bazar rolunu oynayır. Belәliklә, daha aşağı
qiymәtlә başa gәlәn digәr mәnbәlәr hesabına әlavә qaz
tәchizatı Azәrbaycan üçün heç dә yaxşı xәbәr deyil. Son
nәticәdә “şist qaz” fenomeninin “Şahdәniz” konsorsiumunun
kommersiya baxımından davamlılıq qabiliyyәtinә tәsirinin
daha yaxşı qiymәtlәndirilmәsi mәqsәdilә, yekun investisiya
haqqında qәrarın qәbulunun bu il üçün tәxirә salınması
tәәccüb doğurmayacaq.
Qazla zәngin olan rәqib әyalәtlәr
Tәqribәn növbәti onillikdә “dünyanın әn böyük qaz
istehsalçısı” titulunu Rusiyadan alacaq Birlәşmiş Ştatlardan
savayı Avropa bazarlarını hәdәfә alan vә “Şahdәniz”lә
rәqabәt aparacaq digәr yeni qaz tәchizatçıları meydana

185
   180   181   182   183   184   185   186   187   188   189   190