Page 551 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 551
tıq Ðÿøàä Ìÿcèä
Doğulan kimi 551
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünә-başına yastıq qoydular.
Yeridi - düzdülәr keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyәndә papağı yastıq,
Әli üşüyәndә bayrağı yastıq,
Qәbri üşüyәndә torpağı yastıq.
Ağrıyan dişinә yastıq qoydular
Lәngiyәn işinә yastıq qoydular
Axırda yastığa öyrәncәlilәr
Çarxın gәrdişinә yastıq qoydular.
Çarxın gәrdişinә yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipәk yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çәkir onu quyutәk.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çәkdi yastığı başının altına…
Doğulan kimi 551
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünә-başına yastıq qoydular.
Yeridi - düzdülәr keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyәndә papağı yastıq,
Әli üşüyәndә bayrağı yastıq,
Qәbri üşüyәndә torpağı yastıq.
Ağrıyan dişinә yastıq qoydular
Lәngiyәn işinә yastıq qoydular
Axırda yastığa öyrәncәlilәr
Çarxın gәrdişinә yastıq qoydular.
Çarxın gәrdişinә yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipәk yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çәkir onu quyutәk.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çәkdi yastığı başının altına…