Page 389 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 389
ir Röstÿmxanlû

Sağ ol, ana dilim, ana öyüdüm, 389
Füzuli eşqindәn divanә dilim.
Ürәyim başına nәfәs dәrmәdәn
Fırlanıb kül olan pәrvanә dilim.

Hanı xanım çaylar, hanı bәy göllәr,
Dillәrdә cücәrәn yurdun izidir.
Yüz yol yaralanmış doğma kәlmәlәr
Xalqımın döyüşlәr xәritәsidir.

Ala dağ, Qara dağ…di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.
Harda bircә kәlmә sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.

Üstünә yüyürdü Quran dillәri,
Peyğәmbәr dillәri, qanun dillәri…

Qapılar dalında qoydular sәni,
Haqq dedin, dabandan soydular sәni,
Ancaq mәhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qәhrәman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,
Sәninlә hәmişә mәn üzüağam.
Bәdәnim torpağa tapşırılsa da,
Ruhumu mәn sәnә tapşıracağam

O torpaq bizlәri götürmәyәcәk

Üzümә dağların nәfәsi dәyir,
Alışır, danışır, yanır, inlәyir.
Torpağa qayıtmaq asan iş deyil,
Bu zülmü bir qәrar bitirmәyәcәk,
O torpaq bizlәri götürmәyәcәk!
   384   385   386   387   388   389   390   391   392   393   394