Page 385 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 385
ul, bәnövşәm, yumul Nösrÿt Kÿsÿmÿnli

Hava yaman sazaqdı, 385
Günәş sәndәn uzaqdı.
Bir ac quzu mәlәyib
Sәnә boylandı, baxdı,
Yumul, bәnövşәm, yumul.

Çәmәnlәrә iz düşür,
Bir deyil ki, yüz düşür.
Niyә sәnin payızın
Hәr çiçәkdәn tez düşür?
Yumul, bәnövşәm, yumul.

Göydә bulud görünür,
Bulud qara bürünür.
O dağda bir duman var,
Sәnә tәrәf sürünür,
Yumul, bәnövşәm, yumul.

Qalarsan baxa-baxa,
Kağız gül sәndәn baha.
Arı yaman çoxalıb,
Gülü dә sancır daha,
Yumul, bәnövşәm, yumul.

Yum gözünü, çәn görmә,
Vaxtsız gәlәn qәm görmә.
Dünya yaman qarışıb,
Mәn görәni sәn görmә,
Yumul, bәnövşәm, yumul.
   380   381   382   383   384   385   386   387   388   389   390