Page 378 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 378
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

İnanma...

Bir zamanlar lәngiyәndә bircә an,
Dönә-dönә sәslәnәrdi: “Yubanma!”,
Söylәnәrdi: “Nә intizar, nә hicran?”
Mәnә inan, ayrılığa inanma!”.

Oxuyardı: “Sәnә ümid bağlaram,
Tәkcә sәni ürәyimdә saxlaram,
Unudulsam, elә sellәr ağlaram –
378 Bu cür dәli leysan yağa, inanma!”.

Ovsunladı bir sehrli gülüşnәn,
Atıb getdi saçımdakı gümüşnәn,
Tox oldusa bir ötәri görüşnәn –
Yalvarsan da, qayıtmağa inanma.

Xatırlayıb yalan andlar içәni,
Varaqladım o yağmurlu gecәni;

Görmәyincә yar könlünnәn keçәni –
Ürәyindә saxlamağa inanma...

Kimә çatdı bәslәdiyin güllәrin,
Nә bilәrsәn hәsrәtisәn kimlәrin?
Qәfil gәlib, oxşadığın әllәrin
Gözlәrini bağlamağa inanma...
   373   374   375   376   377   378   379   380   381   382   383