Page 377 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 377
Vahid ßziz

Bağışla mәni, vәtәn... 377

Oğulluq etmәdim sәnә, bağışla,
Vәtәn, günahımdan keç, keçә bilsәn.
Bütün boyaları yudu yağışlar –
Gәl, ağı qaradan seç, seçә bilsәn.

Gör, nәlәr әkmişdim, nәlәr göyәrdi?
Gör, kimlәr ömrümün barını dәrdi?
Hәr yanda boy atıb tikan cücәrdi –
İndi bu “zәmini” biç, biçә bilsәn.

Yad mәnәm! Özgәlәr qәdir bilәndi!
Namәrdlik üstünә hardan әlәndi?
Dilim dә, ağlım da Tanrı verәndi –
Bir qurtum zәhәrәm, iç, içә bilsәn.

İllәrlә qapımı döyәn olmadı,
Körpәtәk hönkürdüm – öyәn olmadı,
Heç yanda sözümü deyәn olmadı –
Necә dayaq durdu küt, gicә – bilsәn?!

Nә var ki, mәnsiz dә dözә bilәrsәn,
Azmıdır dünyada didәrgin gәzәn?
Yurdundan uzaqda gözәl gün gәzәn –
Nә çoxdur qürbәtdә yol, küçә – bilsәn?

Hara üz tutacam, indi nә fәrqi?
Gileyim xalıtәk yolları sәrdi,
Torpaqdan ayrıldım – dizim titrәdi –
İndi, Vahid Әziz, köç, köçә bilsәn?!
Vәtәn, günahımdan keç, keçә bilsәn...
   372   373   374   375   376   377   378   379   380   381   382