Page 229 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 229
ßliaüa Kör÷aylû

Dostum, bu mәzәmmәt, bu giley nәdir?
Qoy mәn söz açmayım sevgimdәn daha.
Qu quşu nәğmәni bir ağız deyir,
Ömründә bir ağız...
Amma nәğmә ha!..

İzlәr 229

Dünәn qarın üstündә mәn
Gördüm ayaq izlәrimi;
Bәs o izlәr itdi nәdәn
Bu gün günәş doğan kimi?

Üzәrindә qarlı yerin
İz salmaq çox asan olur.
Asan düşәn o izlәrin
Ömrü, ey dost, bir an olur!

Çәtin olsa belә, çalış –
İzin düşsün daş üstünә;
Min odlu yay, min qarlı qış
Poza bilmәz onu yenә!

Yadıma sәn düşürsәn

Hәr çiçәyin öz әtri,
hәr gülün öz rәngi var,
Hәr qәlbin öz istәyi,
öz sözü, ahәngi var.
Hәr insan öz ömrünә
dost seçir, hәmdәm seçir.
Mәnimsә ürәyimdәn
qәmli bir nisgil keçir,
Yadıma sәn düşürsәn.
   224   225   226   227   228   229   230   231   232   233   234