Page 223 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 223
dum ikiliyi öz ürәyimdәn, Sþhrab Tahir
Böyük ürәyimdә birlәşdi xalqım.
223
Bir gün xalqım üçün şairlәşәndә,
Şair torpağına quylanacağam.
Vәtәn birlәşәndә, xalq birlәşәndә,
Mәn dә öz qәbrimdәn boylanacağam.

Saz

Aşıq, mizrabını asta vur bir az,
Qırılar sazının tellәri bir-bir.
Üstündә ötdüyün o sәdәfli saz,
Dәmirdәn, poladdan yonulub, nәdir?

Onun nәğmәlәnәn tellәri sim-sim,
Üstündә pәrdәlәr qayım çәkilib.
Yox, onlar Arazım, Kürümdür mәnim,
Sәdәfin üstündә tarım çәkilib.

Çaldın yollarımı – yollar arası,
Çaldın çaylarımı, çaylarımda sәs.
Yoxsa ki, bir quru mәftil parçası
Bu qәdәr ağlamaz, bu qәdәr gülmәz.

Araz insan sәsi eşidәn zaman
Kövrәlib içindәn dillәnәcәkdir.
Arazdan götürüb daşı da çalsan,
Daş da insan kimi dillәnәcәkdir!

Sazın bu ellәrdәn dil açdı tel-tel,
Sevgisiz, vәtәnsiz bir nәğmә hanı?
Sәn öz mizrabında simlәri deyil,
Çaldın öz ömrünün cığırlarını.
   218   219   220   221   222   223   224   225   226   227   228