Page 111 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 111
әrhәmәt әlini kәsmә bizdәn, ey rәbbim, ßliaüa Vahid
Ki, bir-birinә bizim olmaya xәyanәtimiz.
111
Nә bir günahımız olsa bizi bağışla özün,
Ki, hәşrdә yenә sәnsәn bizim şәfaәtimiz.

Bizim bu dostluğu ey padşahi-külli-cahan
Hәmişәlik elә, ta olmaya xәcalәtimiz.

Mükәmmәl aşiq olan bir-birindәn ayrılmaz,
O hәqqi zikr elәmәk Vahid olsa adәtimiz.

***

Vәfasız eylәyәn ol nazlı yarı mәn özümәm,
Salan nәzәrdәn o çeşmi-xumarı mәn özümәm.

Zaman olur, gülә bülbül dә bivәfalıq edir,
Rәqibә mail edәn ol nigarı mәn özümәm.

O nazәnin gözәlә çox cәfalar eylәmişәm,
Sevimli dilbәrimin zülmkarı mәn özümәm.

Mәn olmasam, o gül әğyarә etina elәmәz,
Ona verәn belә bir ixtiyarı mәn özümәm.

Vüsali-dilbәrә can nәqdin etsәlәr qiymәt,
O nazәnin gözәlin cannisarı mәn özümәm.

Gülüzlü, nazlı gözәllәrlә xoş keçib ömrüm,
Elin sevimlisi, әn bәxtiyarı mәn özümәm.

Deyirdim, әhli-qәlәm, Vahid, әfv edәrsә mәni,
Böyük Füzulimizin yadigarı mәn özümәm.
   106   107   108   109   110   111   112   113   114   115   116