Page 61 - Design_Xezer_1_2018_Layout 1
P. 61

O AĞLAYAN KİMDİ ELӘ?                       Yaşayıb keçinə bilərəm sənsiz.

           O ağlayan kimdi elə?                       Ataram qəlbimdən qüssə, qəmi də,
           Ağlaya-ağlaya gülür...                     Yaşaram vəslinə yetmiş kimi də.
           Sinəsini qan aparır,                       Bir içim suyu da, son tikəmi də
           Yarasının düyməsini                        Səninlə şərikli bölərəm sənsiz.
           Bağlaya-bağlaya gülür...
                                                      Söylərəm dost, tanış-bilişlərinə,
           Ocağı kül, közü gülən...                   Qurbanam bu yerə gəlişlərinə.
           İçi yanıb, üzü gülən,                      Həyatda uğurlu gülüşlərinə
           Göz yaşında gözü gülən                     Ürəkdən şərikli gülərəm sənsiz.
           O ağlayan kimdi elə?
                                                      Çalınar kədərim sarı sim kimi,
           Sığınıb qərib dağlara,                     Gəl çilən ruhuma təbəssüm kimi.
           Batıb qalıb uzaqlara.                      Məzara baş çəkən bir yetim kimi
           Qısılıb ötən çağlara                       İlk görüş yerinə gələrəm sənsiz.
           O ağlayan kimdi elə?                                                                    61
                                                      Zakir Fəxri, hicran boş yuvam olub,
                                                                                                  2018
           Baxıb şəkil düşən daşa,                    Yaşaram gah gündüz, gah axşam olub,
           Göydə süzən tənha quşa...                  Pərvanə soraqlı dilsiz şam olub,
           Uşaqlığıyla baş-başa                       İçimdə ney kimi mələrəm sənsiz.
           O ağlayan kimdi elə?

           Dayanıb yolayrıcında,                      ÖLÜM
           Gözünün yaşı ovcunda.
           Son Söz dilinin ucunda                     De, hara getdin baş alıb?
           O ağlayan kimdi elə?                       Yerin, yurdun bilinmədi...
                                                      Gördüm ki, dünya boşalıb,
                                                      Nəydi dərdin, bilinmədi...
           XATİRӘ ÇİÇӘYİ
                                                      Üzümü tutdum dağlara,
           Ay çiçək, zərif çiçək,                     Baxdım ki, dağlar kiçilib...
           Ay çiçək, qərib çiçək.                     Quşlar qonmur budaqlara,
           Әllərim dərməyib səni,                     Körpə budaqlar kiçilib...
           Gözlərim dərib, çiçək.                                                                   Şeirlər
                                                      Göz açdım ki, təklənmişəm,
                                                      Səhrada azan kimiyəm.
           SӘNSİZ                                     Qəriblikdə yüklənmişəm,                       Zakir Fəxri.
                                                      Bir qərib ozan kimiyəm.
           Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,
           Bir daha demərəm “ölərəm sənsiz”,          Gördüm dörd yanı su basıb,
           Ömrümü birtəhər vuraram başa,              Ha əlləşdim, keçəmmədim...
   56   57   58   59   60   61   62   63   64   65   66