Page 899 - antologiya - poeziya_175x250_Layout 1
P. 899

Yusif Sÿmÿdoülu


            idi: kişinin kişi yeri var, arvadın arvad. Amma o gecә bir azca başqa cür
            olmuşdu, arvadı, xәstәxanada ağır vәziyyәtdә yatan, günbәgün şişәn
            qayınanasının – bu gün lap pis olduğunu әrinә bildirmişdi, yalnız bircә
            şeydәn gileylәnmişdi ki, niyә gedib anasına baş çәkmir, arvad oğlunu
            görmәk istәyir... O, mәtbәxdә, arvadının yanında oturub, başını әllәri arasına
            alıb, xәstәxananın ağ divarlarını, ağ geymiş şәfqәt bacılarını, ağ yorğan
            altında yatan anasının göyümtül dodaqlarını tәsәvvüründә canlandırmışdı:
            arvadın nәfәsi çatmırdı, sinәsindәki xışıltı günbәgün, saatbasaat çoxalırdı.
            Hәkimlәrin dediyinә görә, әlac bircә möcüzәyә qalmışdı. O, başı әllәri
            arasında, fısıldaya-fısıldaya xeyli belәcә oturub, arvadının gileyinә cavab
            vermәdәn, özlüyündә anasının yatdığı xәstәxananın, dünyanın bütün
            xәstәxanalarının bütün һәkimlәrini yeddiqat söyüşlә dağlamışdı: һeç dәxli
            var, әtәk-әtәk һәkimә, dava-dәrmana pul tök, bircә ananı xilas elәyә bilmә!
            Sonra spirtli içkilәrdәn yumşalıb leһimlәnmiş beynindә әsәbi bir fikir  323
            yaranmışdı: bu arvad da vaxt tapdı ölmәyә! Çünki qonaq һәlә on gün dә
            Bakıda qalmalıydı vә bu müddәt әrzindә әgәr arvadın başına bir iş gәlsәydi,
            o, qonaqdan ayrılıb, һüzr-mәrasim mәsәlәlәrilә mәşğul olmaq mәcburiyyәti
            qarşısında qalacaqdı. Qonaqdan isә ayrılmaq һeç cür mümkün olan şey de -
            yil di – ona görә yox ki, qonaqla keçirdiyi günlәr, saatlar yemәk-içmәk, kef-
            işrәt etmәk idi, әlbәttә, yox. Qonaq evә Kәrimov dördüncü bir şәxsi dilә
            gәtirib onu da һaqq almağa mәcbur elәmәliydilәr. Çünki çox adamın gәlәcәk
            әmin-amanlığı, raһatlığı vә nәһayәt, xoşbәxtliyi bu dördüncü adamın һәmin
            o һaqqı alıb-almamasından asılı idi. Bunu vә buna bәnzәr başqa şeylәri fi -
            kir lәşә-fikirlәşә mәtbәxdә, oturduğu yerdәcә, o, yuxuya getmişdi. Arvadı -
            nın onu necә yataq otağına aparıb, soyundurub çarpayıya uzatdığın dan da
            xәbәri olmamışdı...
                Bakının birmәrtәbә, yastıdam evlәrindәn birindә bir ana uşağını
            әmizdirirdi, süd körpәnin ağzından aşıb-daşırdı. Vә başqa bir adam pәһlәvan
            cüssәli, çal saqqalıyla o evin dar dәһlizindә dayanıb, çiyinindәki saçaqlı
            ağır xurcunu yerә qoyurdu, deyirdi: “Dağlardan gәlirәm, a bala!”. O ağladı.
            Sәssiz-sәmirsiz, balaca uşaq kimi burnunu çәkә-çәkә vә yazıq-yazıq ağladı.
            Bir vaxtlar müһaribәnin lap qıtlıq illәrindә Bakının dar küçәlәrindәn birindә
            bir dilәnçi vardı: sısqabәdәn, һәmişә çirkin-pasın içindә olan qoca bir
            kişiydi. Camaata yaxınlaşıb һeç nә demirdi, әlini uzadaraq belәcә sәssiz-
            sәmirsiz vә lap balaca uşaq kimi burnunu çәkә-çәkә ağlayırdı, sәdәqә
            dilәyirdi. İndi әlçatmaz, ünyetmәz uzağın aclıq illәrindә qoyub gәldiyi bu
            dilәnçini xatırlamaqla, o elә bil dünәn gecә qaranlıqda taksidәn enib buraya
            qalxdığı dәqiqәdәn ona raһatlıq vermәyәn ümdә sәbәbi, nәһayәt ki, yaxala-
   894   895   896   897   898   899   900   901   902   903   904