Page 801 - antologiya - poeziya_175x250_Layout 1
P. 801

Seyfÿddin Dàülû


            olmaq istәyәn oğlana baxıb, onu işә qәdul edir. Ancaq bir ay “sınaq müd -
            dәtindәn” sonra vәzifәsinin adını  dәyişib “katibә” yox, “kömәkçi” qoyur.
                Hәlә Zarafatcıl oğlanın dediyinә görә, onun evlәnmәsi dә “zarafat-
            zarafat”  olmuşdur.
                Bir gün onun sözü müdirin minik maşınını sürәn qızla çәp gәlir.
            Döyüşkәn xoruza oxşayan qız әsәbilәşib deyir: “Sәn necә kişisәn ki, katibә
            işlәyirsәn?” Oğlan da hirslәnib cavab verir: “Bәs sәn necә qızsan ki, şoferlik
            elәyirsәn”.
                Bu mübahisәdәn bir müddәt sonra gәnclәr nәinki barışırlar, hәtta
            dostlaşır, sevişib, evlәnirlәr.
                Bәli, bütün bunları o özü söylәyir. Yәqin ki, başqaları da ona elә bu
            söhbәtlәrinә görә “Zarafatcıl oğlan” deyirlәr. Lakin bizim oğlanın zarafatları
            yalnız bunlarla bitmir.
                Bu il o, yenә özünün dediyi kimi, “zarafat-zarafat” kurorta getmişdi.
                ...Әslindә oraya müdirin müavini getmәli idi. Müavindә yel xәstәliyi  225
            vardı vә müalicә üçün Soçiyә putyovka sifariş vermişdi. Lakin tәxirә -
            salınmaz bir ezamiyyәt ucundan onun mәzuniyyәti tәxirә salınmalı oldu.
            Zarafatcıl oğlan da zarafatla yerli komitә sәdrinә dedi: “Müavin olmasın,
            kömәkçi olsun; ikimiz dә müdirin işini görürük dә! Verin onun putyovkasını
            mәnә, gedim Qara dәnizdә çimim özüm üçün!” Belәliklә, o, zarafata salıb
            putyovkanı  aldı. Ancaq yerli komitә sәdri möhkәm surәtdә tapşırdı ki, oraya
            gedәrkәn belini әysin, әlinә әsa alsın vә desin ki, çoxdan yel xәstәliyinә
            mübtәladır; yoxsa onu  sanatoriyaya qәbul etmәzlәr. Hәr şeydә bir әylәncә
            axtaran bizim oğlan bu zarafatı da hәvәslә qәbul etdi.
                Lakin tezliklә dә peşman oldu. Nәinki “yel”, heç “meh” xәstәliyi dә
            olmayan sağlam oğlan bununla öz-özünü cәncәlә saldı. Sanatoriya hәkimlәri
            beli әyilmiş, әli әsalı “xәstәni” zorla kükürd, palçıq vannaları vә başqa
            müalicә tәdbirlәri qәbuluna mәcbur etdilәr. Yazıq, ona әzab-әziyyәt savayı
            bir şey vermәyәn bütün bu mәziyyәtdәn boyun qaçırdıqda onu “simul yant -
            lıqda” tәqsirlәndirib, daha ciddi nәzarәt altına aldılar. Özünә dә tәzә bir ad
            verdilәr: “Xәstә”. “Xәstә, yat! Xәstә dur! Xәstә,  uzan!..” Hәtta onu dәnizdә
            çimmәyә dә qoymadılar. Yayın cırhacır istisindә sapsağlam bәdәnlә Qara
            dәniz  sahilindә  olasan vә çimә bilmәyәsәn... Hәqiqәtәn çox şit zarafat idi!
                Bu sәbәbdәn dә Zarafatcıl oğlanın sir-sifәti daha tutqun, zarafatları
            baha tünd oldu.

                                            ***
                Sanatoriyaya gәldiyi gün onu ikinәfәrlik boş otaqda yerlәşdirdilәr.
            Ertәsi gün dә yanına tәzә bir qonşu qoydular. Xarıcdәn turist putyovkası ilә
   796   797   798   799   800   801   802   803   804   805   806