Page 53 - antologiya - poeziya_175x250_Layout 1
P. 53

Ãàñûì áÿé Çàêèð




                             Sәrasәr fәlәyin şәmsü mahına,
                             Tamam yer üzünün qiblәgahına,
                             Zakirin әhvalın xublar şahına
                             Ağlaya-ağlaya dedin, nә dedi?



                           ***


                           Bayram günüdür, zövqü sәfa xanәlәr içrә,
                           Cananım oturmuş necә cananәlәr içrә.


                           Bir hiylә ilә gizlәnәrdim zülf arasında,
                           Pünhan gedә bilseydim әgәr şanәlәr içrә.                 53


                           Könlüm quşu pәrvaz qılır kuyi-nigarә,
                           Zahir ki, onun qismәti var danәlәr içrә.

                           Dil mülkünә göndәr hәşәmi-dәrdü fәraqı,
                           Şәnlik düşә ta, bәlkә bu viranәlәr içrә.


                           Hicran qәminin badeyi-gülgündür әlacı,
                           Vazeh, danışırlar bunu meyxanәlәr içrә.

                           Әzbәs ki, mana şәfqәti var piri-muğanın,
                           Camım doludur gör necә peymanәlәr içrә.

                           Ha beylә mәni әql xәrab eylәdi, yoxsa
                           Bir adәm idim әvvәli divanәlәr içrә.


                           Haşa çәkib әl hәmrәhi-dirinәlәrimdәn,
                           Bir dәm dolanam aqilü fәrzanәlәr içrә.

                           Kәm tutma rәhi-eşqdә bu Zakiri kim, var
                           Yanmaqda onun şöhrәti pәrvanәlәr içrә.
   48   49   50   51   52   53   54   55   56   57   58