Page 52 - antologiya - poeziya_175x250_Layout 1
P. 52

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      Hәrdәm artırır qәzәbin,
                                      Soruşan yoxdur, sәbәbin;
                                      Yad etmәkdәn lәli-lәbin
                                      Döndü qanә cigәr, gәlmәz.


                                      Xәbәr aldım dönә-dönә,
                                      Yar qәhrin çәkәn kimsәnә,
                                      Әlhәqq, çox dedi genә;
                                      Bivәfadәn sәmәr gәlmәz.


                                      Lütf eylә Zakiri-zarә,
                                      Baxma tәneyi-әğyarә,

              52                      Qiyamәt qopsa, xublarә
                                      Aşiqindәn zәrәr gәlmәz.



                                      ***


                                      Badi-sәba, mәnim dәrdi-dilimi
                                      Ol büti-zibayә dedin, nә dedi?
                                      Ahü nalәm asimana yetdiyin
                                      Gәrdәni minayә dedin, nә dedi?


                                      Düşüb ayağına sәn o zalımın,
                                      Söylәdinmi necәliyin halımın?
                                      Onun hәsrәtindәn rәngi-alımın
                                      Döndüyün heyvayә dedin, nә dedi?


                                      Görsә idin varmı mәni-bimarә
                                      Nüsxeyi-hüsnündә onun bir çarә;
                                      Dildә iztirab, tәndә buxarә,
                                      Sәrimdә sevdayә dedin, nә dedi?


                                      Ğәm әlindәn payi-bәstә olduğum,
                                      Halpәrişan, dilşikәstә olduğum,
                                      Bәstәri-möhnәtdә xәstә olduğum,
                                      Gözlәri şәhlayә dedin, nә dedi?
   47   48   49   50   51   52   53   54   55   56   57