Page 229 - antologiya - poeziya_175x250_Layout 1
P. 229

ßliaüa Kör÷aylû




                      Dostum, bu mәzәmmәt, bu giley nәdir?
                      Qoy mәn söz açmayım sevgimdәn daha.
                      Qu quşu nәğmәni bir ağız deyir,
                      Ömründә bir ağız...
                      Amma nәğmә ha!..



                      İzlәr


                      Dünәn qarın üstündә mәn
                      Gördüm ayaq izlәrimi;
                      Bәs o izlәr itdi nәdәn
                      Bu gün günәş doğan kimi?                                      229

                      Üzәrindә qarlı yerin
                      İz salmaq çox asan olur.
                      Asan düşәn o izlәrin
                      Ömrü, ey dost, bir an olur!

                      Çәtin olsa belә, çalış –
                      İzin düşsün daş üstünә;
                      Min odlu yay, min qarlı qış
                      Poza bilmәz onu yenә!



                      Yadıma sәn düşürsәn


                      Hәr çiçәyin öz әtri,
                      hәr gülün öz rәngi var,
                      Hәr qәlbin öz istәyi,
                      öz sözü, ahәngi var.
                      Hәr insan öz ömrünә
                      dost seçir, hәmdәm seçir.
                      Mәnimsә ürәyimdәn
                      qәmli bir nisgil keçir,
                      Yadıma sәn düşürsәn.
   224   225   226   227   228   229   230   231   232   233   234