Page 217 - antologiya - poeziya_175x250_Layout 1
P. 217

Qabil




                           – Növbәtin.
                           – Yüz şeş at, yüz beş at,
                           – Burda gәl baş aldat,
                           Hәdәrdir, Mirәlәm!
                           – Bilirәm.
                           Bir uşaq bu ara
                           Yanaşdı onlara:
                           Saatı soruşdu.
                           Baxdılar, gördülәr
                           Saat da yatıbdır.
                           Susdular – sükutun
                           Mәqamı çatıbdır...
                           Yarpaqlar tökülür                                        217
                           Sapsarı,
                           Yarpaqlar örtürlәr
                           Zәrlәri, daşları...



                         Sәhv düşәndә yerimiz


                         Duman dağı dolanar,
                         Qiyamәt olar.
                         Duman yola sallanar,
                         Müsibәt olar.
                         Müsibәt oluruq biz,
                         Sәhv düşәndә yerimiz.


                         Ümman gәmisi çayda
                         Oturar, üzmәz!
                         Çay gәmisi, dağ boyda
                         Dalğaya dözmәz!
                         Dözümsüz oluruq biz,
                         Sәhv düşәndә yerimiz.
   212   213   214   215   216   217   218   219   220   221   222