Page 191 - antologiya - poeziya_175x250_Layout 1
P. 191

Nÿbi Xÿzri





                            Dәniz... Göy... Mәhәbbәt


                           I


                           – Dәnizi hәdiyyә verirәm sәnә...
                           Mәn dedim, sәn baxdın, sәn gülümsәdin.
                           Göylәrin şәfәqi düşdü üzünә,
                           – Mәn isә... göylәri verirәm, – dedin...


                           Ayrıldıq qәribә hәdiyyәlәrlә,
                           Göylәr eşqim kimi mәnә әzizdir.
                           Ayrıldıq dәnizlә, ağ lәpәlәrlә,                          191
                           Necә aparasan? Dәniz dәnizdir.


                           Dәnizi verdim ki, sәnә hәdiyyә,
                           Gәldiyim sahilә gәlәsәn bir dә.
                           Mәni görmәyәndә o mәnәm – deyә,
                           Mәnimlә danışıb, gülәsәn bir dә.


                           – Әgәr görüşmәsәk, bizә dağ olar,
                           Dedim, neçә dәfә belә dedim mәn.
                           Dәniz sahilinә qayıtmaq olar,
                           Göylәrin sahili varmı, gedim mәn?!


                           Düşündüm, ayrıldıq gәlәndәn bәri,
                           Sәn mәnim eşqimә çıraq olasan.
                           Onunçün verdinmi mәnә göylәri,
                           Mәndәn göylәr qәdәr uzaq olasan?!..



                           II


                           Mәn bir dәnizәm ki, eşqim sәhәrdir,
                           Sәni düşünürәm, әzizim, yenә.
                           Mәnim dalğalarım xatirәlәrdir,
                           Qoy çatsın qәlbinin sahillәrinә.
   186   187   188   189   190   191   192   193   194   195   196