Page 1040 - antologiya - poeziya_175x250_Layout 1
P. 1040

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    Mәn, dedi, hәmişә qorxurdum ki, belә iş olar. Ona görә dә döyüb gözünün
                    odunu almaq istәyirdim. İndi, dedi, anam-bacım ol, amma evdәn getmә.
                    Mәn, dedi, sәni çox istәyirәm. Nәfәsin gәlmәsә, bu evdә yaşayammaram.
                    Afa sözünә ara verib fikrә getdi. Sonra gәlinә, – inanırsan, – dedi, – o vax-
                    tacan evdәn çıxıb getmәk ağlıma da gәlmәmişdi. Onun bu sözündәn sonra
                    tüpürdüm hәr şeyә. Nәyimә lazımdı, dedim, bu axmaq. Uşaqları dişimә alıb
                    yollandım anamgilә. Sonra evlәri sökdülәr. Bura köçdük. Evi dә verdilәr
                    bir yerdә. Kәbin vardı axı bu yaxınlaracan. Ayırmırdılar ha... Hәr dәfә
                    mәhkәmә zalında burnunun suyunu axıdıb möhlәt alırdı mәhkәmәdәn.
                    Evdәn-zaddan da qovlamışdım. Yenә gәlib dara-bara salıb gedirdi. Pәrviz
                    gәlәni ayağı yığışıb. Bir dәfә Pәrviz onu bir xub çırpıb. Odu-budu sorağı
                    gәlmir. İçkidәn başı ayılmır, deyirlәr.
                        Tәәccübündәn nitqi tutulmuş gәlin, haçandan-haçana özünә gәlib
              464   soruşdu:
                        – İstәyib getmәmişdin, bәyәm?
                        – Onda istәk-zad bilmirdim. Anam vermişdi, mәn getmişdim. Elçi
                    gәlәndәn sonra görmüşdüm mürdәşirin üzünü. On yeddi yaşım vardı mәn
                    gedәndә. Elә bilirdim elә-belә dә olan şeydi. Başımı aşağı salıb oturmuşdum
                    evdә. Mәn Pәrvizә qәdәr istәk nә olan şeydi bilmәmişәm.
                        – Bәs istәmәdiyin adamlarla... – Gәlin utanıb sözünün dalını demәdi.
                    Naqolaylığını gizlәtmәk üçün öskürdü. Amma Afa onun nә soruşmaq
                    istәdiyini başa düşdü vә Afanın dediklәri gәlini lәrzәyә gәtirdi.
                        Afa:
                        – İstәmәdiyin adam milçәk kimi şeydi. Milçәk qondu, o toxundu, fәrqi
                    yoxdu, – dedi.
                        Gәlin bu an fikirlәşdi ki, hәyәt arvadlarının dediyindә nә isә bir hәqiqәt
                    var. Yoxsa istәmәdiyin adamdan boğularsan, tıncıxarsan. Nә bilim, daha
                    nәlәr, nәlәr. Amma vecinә olmaya?..
                        Afa birdәn kövrәlib ağlamsındı.
                        – Pәrviznәn dә qoymurlar, – deyib içini çәkә-çәkә burnunu sildi.
                        Gәlin:
                        – Yaxşı, özünü әlә al, – deyә onu sakitlәşdirmәyә çalışdı.
                        – Qoy ürәyimi boşaldım. Bir insana dәrdini deyәmmirsәn. Elә bilirsәn,
                    bilmirәm, qonşular mәndәn nә deyir? Hamısını bilirәm. Onlara nә var? At
                    özgәnin, can özgәnin. Sür ki, sürәsәn. De ki, deyәsәn. Pәrvizin dәdәsi gәlib
                    hәdәlәyir ki, qәssab baltasıyla sәni doğrayacam bir dә onu qapıdan qoysan.
                    Mayor qaynı var. O dәfә Pәrviz Semaşkoda yatanda yanına getdiyim yerdә
                    yaxalayıb mәnә deyir ki, bir dә onun yanına gәlsәn, sәni bu xәstәxananın
   1035   1036   1037   1038   1039   1040   1041   1042   1043   1044   1045