Page 429 - 1-ci cild
P. 429
Ñàìóåë Áåêêåò
ailəsindən uzaqlaşır və yəqin, gənc və həssas qız psixoloji
sarsıntılar keçirdiyi üçün xəstəliyi şiddətlənir, o, psixi xəstəxanaya
aparılır.
Bekketşünasların yazdığına görə, onun ilk romanı “Gözəl və
ortabab qadınlarla bağlı xülyalar”ın qəhrəmanlarından biri Sira-
Kuzanın prototipi Lyuçiyadır və hərgah, doğrudan da, belədirsə,
Lyuçiyanın taleyi, yəqin ki, Bekketə təsir edib (hər halda, romanla
tanış olduqdan sonra bu, mənim gümanımdır): o özü həyatı boyu
bir çox psixoloji narahatlıqlar keçirib – özünə qapılıb, depres-
siyalara düşüb, içində anlaşılmaz bir panika yaranıb və s., ancaq
bütün bunlarla bərabər, o, daima yazıb və bədii-estetik axtarışlar,
ədəbiyyatda özünü tapmaq və təsdiq etmək ehtirası da daima
onunla olub.
Ancaq mənə elə gəlir ki, Bekket bəzən ifrata varır və xüsusən
onun bəzi səhnəcikləri sadəcə söz yığını təsiri bağışlayır və
mənasızlıq naminə mənasız yazı yazmaq bir az oyunbazlığa
oxşayır (bu sözlər, yəqin, Bekketin ruhunu incitməz – onun şöhrəti
və dünya ədəbiyyatındakı nüfuzu müqabilində bu tənqid kiçik bir
şeydir!). Misal üçün, onun “Gəliş-gediş” səhnəciyi (Azərbaycan
dilinə də tərcümə olunub: “Dünya ədəbiyyatı” dərgisi, 2015, № 2)
və buradakı personajlar, onların yaratdığı situasiya, məncə, məhz
ifratın, aludəçiliyin ifadəsi və göstəricisidir, nəinki sənətin – buna
görə yenə də, misal üçün, “Kreppin son lenti”ndəki, yaxud
“Addımlar”dakı, eləcə də radio üçün yazılmış pyeslərindəki emo-
sional təsir gücü “Gəliş-gediş”də yoxdur.
“Düyün” də Bekketin birpərdəli pyesidir və etiraf edim ki,
bu kiçik pyesdəki azsaylı dialoqları tərcümə edərkən mən bir az
çətinlik çəkirdim, çünki – bu da bir paradoksdur! – bu dialoq-
lardakı quruluq soyuq Bekket dramaturgiyasının səciyyəvi bir
cəhətidir, onun bədii-estetik xüsusiyyətidir. Bu yerdə tərcüməçi
diqqətli olmalıdır, tərcümə zamanı Bekket dialoqlarını heç vəchlə
“ətə-qana doldurmaq”, onlara emosional hərarət vermək olmaz,
çünki bu, bədii qüsur yox, bədii üslubdur, stildir və o, başqa
məsələdir ki, həmin bədii üslubu, stili qəbul edəsən, bəyənəsən,
ya da bəyənməyəsən, sənin estetik zövqün üçün məqbuldu, ya yox.
429