Page 427 - 1-ci cild
P. 427
Ñàìóåë Áåêêåò
“Samizdat” “nəşrini” (əldən-ələ keçmiş əzik-üzük qrankaları!)
oxumaq üçün birgünlük mənə vermişdi.
Yeri gəlmişkən, deyim ki, Meri Lazarevna Ozerova SSRİ
Yazıçılar İttifaqının nüfuzlu və işgüzar katibi (o zamankı ədəbiyyat
“generallarından” biri), tənqidçi Vitali Ozerovun xanımı idi və
dünyanın qəribə işlərindən biri də bu idi ki, Vitali Ozerov nə
dərəcədə sosrealizm müdafiəçilərindən (və nəzəriyyəçilərindən)
biri, rəsmi ədəbiyyat funksioneri idisə (hər halda, zahirən belə
idi), milliyyətcə yəhudi olan mədəni və xeyirxah Meri Lazarevna
bir o qədər açıqfikirli bir qadın idi. O zaman mən “Yunost”
jurnalının gənc müəlliflərindən biri idim və Meri Lazarevna ilə
aramızda qarşılıqlı etibara söykənən məhrəmanə bir münasibət
yaranmışdı. Onun Moskva ziyalıları, xüsusən sosrealizm və
ümumiyyətlə, sistem müxalifləri arasında hörməti və etibarı var
idi və “Samizdat” “nəşrlərini” də mən Moskvada olarkən çox
zaman ondan birgünlük, ikigünlük alıb, oxuyub qaytarırdım.
Deyəsən, mən çox uzaqlara getdim.
Doğrusunu deyim ki, “Qodonu gözləyərkən” məndə güclü,
ancaq ikili təəssürat yaratmışdı: bu, bir tərəfdən, uzağa (Şekspirə,
Lope de Veqaya, Molyerə…) getmirəm, elə yaxın keçmişimizin,
ilk növbədə, Çexov, eləcə də O.Nil, B.Şou, Pirandello, Brext,
Tenessi Uilyams, Anuy, Miller və digər böyük realist drama-
turqları yüksək qiymətləndirən bir oxucu (və gənc yazıçı!) kimi
mənim üçün həm gözlənilməz, həm də ədəbiyyatın ən adi qayda-
qanunlarından kənara çıxmış qeyri-adi bir təəssürat idi, digər
tərəfdən isə bu pyes sübut edirdi ki, həmin “adi ədəbiyyat qayda-
qanunlarından” kənarda da böyük ədəbiyyat yaratmaq müm-
kündür.
Aradan mənim ədəbiyyat haqqında düşüncələrim, ədəbi
götür-qoylarım, saf-çürüklərimlə dolu bir onillik keçdi və 1980-ci
illərin sonlarında – SSRİ-nin dağılmaq ərəfəsində olduğu dövrdə
artıq Moskvanın böyük nəşriyyatları Bekketin əsərlərini nəşr
etməyə başladı – bu yazıçının romanlarını, pyeslərini oxuduqca
mənə bir daha aydın olurdu ki, adi, yaxud qeyri-adi “ədəbiyyat
427