Yusif Səmədoğlu və Ələkbər Salahzadə yaradıcılığı Bolqarıstan ədəbiyyat jurnalında
28 Mart 2022 bolqaristan__6241832a959a4

Bolqarıstanın populyar “Literaturen svyat” elektron ədəbiyyatı jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “İncə dərəsində yaz çağı” hekayəsinin və tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin “Elegiya” şeirinin yayınına başlayıb.

Əsərlərin bolqar dilinə tərcümə müəllifləri – tanınmış bolqar tərcüməçiləri Nadya Popova  İvan Esenskidir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen svyat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar Allan PoFrans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

https://literaturensviat.com/?p=183921

https://literaturensviat.com/?p=183930