Dövlət Tərcümə Mərkəzi son 25–30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni alınma sözlərin toplandığı “Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” kitabını nəşr edib.
Mütəxəssislərlə yanaşı kütləvi istifadə üçün nəzərdə tutulan lüğətin tərtibçi-müəllifi – filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru – AMEA-nın həqiqi üzvi Nizami Cəfərov, nəşriyyat redaktorları – Bəhlul Abbasov, Lətafət Səmədova və Aqşin Məsimovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı aşağıdakı mağazalardan əldə etmək olar: