Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Ramiz Rövşənin alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Qeyd edək ki, rüblük jurnal, mütəmadi olaraq müasir dünya yazarlarının əsərlərini, ədəbiyyat və incəsənətə dair məqalə, müsahibə və xəbərləri işıqlandırır.
Keçid linki : https://www.schreibwas-dasmagazin.at/magazin-shop/ausgaben-2021/