“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
18 Aprel 2023 xezer_2023-min

“Xəzər”in oxucuları jurnalın bu sayında

 

“NOBEL KÜRSÜSÜ” rubrikasında – Herman Hessenin Nobel nitqi və “Çətin yol” hekayəsi;

“KORİFEYLƏR” rubrikasında – F.M.Dostoyevskinin “Dayının yuxusu” povesti;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Mövlud Süleymanlının “Payız muştuluqları” hekayəsi;

“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanının ardı;

“YAPON HEKAYƏLƏRİ” rubrikasında – Dzyunyitiro Tanidzakinin “Kiçik dövlət”, Haruki Murakaminin “Taksidəki qaniçən”, Yasunari Kavabatanın “Şüşə” hekayələri;

“MEMUAR” rubrikasında – Con Steynbekin “Rusiya gündəliyi”;

“ÇAĞDAŞ İSRAİL NƏSRİ” rubrikasında – David Markişin “Bəxtəvər Tal” hekayəsi;

“ÇAĞDAŞ POEZİYA” rubrikasında – Tatyana Uvarovanın şeirləri;

“TEATR” rubrikasında – Semyuel Bekketin “Xoşbəxt günlər” pyesi;

“MÜDRİK KƏLAMLAR” rubrikasında – Aristotel, Sokrat və Siseronun məşhur kəlamları ilə tanış ola bilərlər.

 

Jurnalın bu sayı Bakının aşağıdakı köşklərindən əldə edilə bilər:

 

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.