“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
9 Mart 2022 manshet_62285cb292cc4

“Xəzər”in oxucuları jurnalın bu sayında:

 

AZƏRBAYCAN ƏDƏBİYYATI – rubrikasında Sara Nəzirlinin “Ehtiraslı gecə” hekayəsi;

BUKER MÜKAFATI LAUREATLARI  – rubrikasında Rut Cabvalanın “İsti və toz” romanı”;

QAZAX ƏDƏBİYYATI – rubrikasında Rollan Seysenbayevin essesi və Oljas Süleymenovun şeirləri;

ÇAĞDAŞ RUS NƏSRİ – rubrikasında Anatoli Kimin “Neustroyevin qoxusu” hekayəsi;

KORİFEYLƏR – rubrikasında Somerset Moemin “Cənab Çoxbilmiş” hekayəsi;

HEKAYƏ – rubrikasında Edqar Allan Ponun “Məşhurluq”, Nikolay Leskovun “Xırda xəta”,  “Nihilistlə səyahət” hekayələri;

GÜNDƏLİK – rubrikasında Marlen Ditrixin “Ürəkdən gələn sözlər”i;

MEMUAR – rubrikasında V.M.Mayakovskinin məktubları;

ROMAN – rubrikasında Bohumil Hrabalın  “Mən ingilis kralına qulluq etmişəm” romanı;

İLAHİ KEÇİD – rubrikasında “Tövrat”;

TEATR – rubrikasında Karel Çapekin  “Ağ xəstəlik” pyesi;

KİNO – rubrikasında Çezare Сavattininin “Həyat və kino gündəlikləri” və digər əsərlər ilə tanış ola biləcəklər.

 

 Jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə etmək olar:

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əli bəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.