“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
26 Aprel 2021 xezer_xeber

“Xəzər”in oxucuları jurnalın bu sayında:

“NOBEL KÜRSÜSÜ”  – rubrikasında Luiza Qlyukun şeirləri;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” – rubrikasında  Akif Səmədin şeirləri;

“SKANDİNAVİYA NƏSRİ” – rubrikasında Hans Kristian Branner, Kjell Askildsen və Melker İnqe Qarayın hekayələri;

“İLAHİ KEÇİD” rubrikasında – Tövratın tərcüməsi;

“KORİFEYLƏR” rubrikasında – Migel Asturiasın “Senyor Prezident”  romanı;

“ÇAĞDAŞ SLOVENİYA POEZİYASI” rubrikasında – Andrey Xoçevar, Veronika Dintinyana və Katarina Qombotsun şeirləri;

“HEKAYƏ” rubrikasında – Mirça Eliadenin hekayələri;

“YADDAŞ” rubrikasında – Andre Klotun “Fateh Sultan Mehmed” əsəri

“ROMAN” rubrikasında – Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı;  

“TEATR” rubrikasında – Lola Koenin “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.

 

 “Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.